Vahid Ələkbərov hökumətdən vergilərin azaldılmasını istədi

Vahid Ələkbərov hökumətdən vergilərin azaldılmasını istədi

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçə ünvanladığı məktubda hökumətdən sanksiyalar şəraitində ölkənin neft-qaz sahəsinə dəstək verilməsini xahiş edib. Bu barədə  “RİA Novosti” məlumat yayıb.  Məlumata görə, məktubda “LUKoyl”  rəhbəri  vergi yükünün azaldılmasını və təbii monopoliyaların tariflərinin qaldırılmasına moratori qoyulmasını xahiş edib.  
Arkadi Dvorkoviçin mətbuat katibi Aliyə Samiqullina “RİA Novosti”-yə məktubun olmasını təsdiqləyib, lakin təkliflərin mahiyyətini şərh etməkdən imtina edib: “Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.    
Rusiyanın Energetika və İqtisadi İnkişaf Nazirliklərində də Vahid Ələkbərovun məktubuna baxıldığını bildiriblər.  “LUKoyl” neft şirkətində bu məlumata şərh verməkdən imtina ediblər. 
APA

COMMENTS