Vahid Ələkbərov səhmlərini artırdı

Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov şirkətin 24 milyon rubl (647 min ABŞ dolları) məbləğində olan qalan səhmlərini də alıb.
 
“Media forum” saytı bildirir ki, bununla bağlı məlumat sentyabrın 4-də London birjasında verilib.
 
Sövdələşmə sentyabrın 1-də baş çatıb. Vahid Ələkbərovun aldığı 24 milyon rublluq səhmlərin sayı 11 min 570 ədəddir. Bunu almaqla Vahid Ələkbərovun “Lukoyl”dakı payı şirkətin nizamnamə kapitalının 2,429%-i qədər artıb.
 
Vahid Ələkbərov iyun ayında “Lukoyl”un 173 milyon 800 min rubl (4 milyon 685 min 370 ABŞ dolları) məbləğində olan 85 min ədəd adi səhmlərini almışdı.

COMMENTS