Top.Mail.Ru

“Vallah, sən məşqçi deyilsən” – Özildən Emeriyə

“Vallah, sən məşqçi deyilsən” – Özildən Emeriyə

“Arsenal”ın futbolçusu Məsut Özil Bakı Olimpiya Stadionunda keçirilən Avroliqanın finalında baş məşqçisi Unai Emerini sərt tənqid edib.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı xəbərə görə, 77-ci dəqiqədə əvəzlənən türkəsilli yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında oturan zaman ispan mütəxəssisdən narazılığını ifadə edib. Onun həmin vaxt Emeriyə “Vallah, sən məşqçi deyilsən” dediyi bildirilib.

Qeyd edək ki, “Arsenal” finalda “Çelsi”yə 1:4 hesabı ilə uduzub.

Əlavə edək ki, London klubunun Özili satacağı iddia olunur.

DOSYE.ORG

COMMENTS