Vaqif Əsədova rütbə verildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədovun rütbəsi artırılıb.

Teleqraf.com-un məlumatına görə, Vaqif Əsədov daxili işlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xüsusi və səmərəli fəaliyyətinə görə mükafat qaydasında polkovnik rütbəsi alıb.
Vaqif Əsədov faktı təsdiqləyib.

COMMENTS