Vaqif Əsədovun peşmançılığı… və yaxud polis polkovnikin rəssamlıq sevgisi

Vaqif Əsədovun peşmançılığı… və yaxud polis polkovnikin rəssamlıq sevgisi

“Kaş mən polis orqanlarında çalışmayaydım, başqa bir peşənin sahibi olaydım. Məsəl üçün mən rəssamam…”.

Bu sözləri dosye.org-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, hazırkı durum polkovniki razı salmaq gücündə deyil. Tam səmimi etiraf edək ki, polis polkovniki Vaqif Əsədovun bü cür açıqlaması başadüşülən olmasada bəzi məqamlara aydınlıq gətiriləcək. Bu arada çox hörmətli V. Əsədova, Ulu Öndər Heydər Əliyevin polis haqqında qızıl kəlamları xatırlatmaq istərdik:

“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”

Əlbətdə ki, ölkədə əminamanlığın və eyni zamanda təhlükəsizliyin təminatında polis əməkdaşların danılmaz xidmətləri var. Müstəqillik əldə edildikdən bu günə kimi neçə-neçə polis orqanlarda xidmət edən VƏTƏN övladları öz qəhrəmanlıqları ilə torpaqlarımızın azad olunmasında və Qarabağ döyüşlərində şücayət göstərib. Ümumiyyətlə hüquq mühafizə orqanlarında xidmət edən igid polislərimiz hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ən maraqlı məqam ondan ibarətdir ki, polis orqanlarında xidmət edən yüksək rütbəli Vaqif Əəsədov seçdiyi peşəni ürək ağrısı ilə qarşılayır. Dosye.org olaraq bildiririk ki, rəssamıda, müəllimidə, həkimidə, məmuruda ümumiyyətlə vətənidə qəhrəman polislərimiz qoruyur.

Çox güman ki, Vaqif Əsədov əldə etdiyi imkanları nəzərə almır. Məhz dövlətimiz hesabına böyük hörmət qazanan, şəxsi imkanlarını yüksəldən və mülklər əldə etmək xidmətin bəhrəsi deyilmi? Axı, Vətənə sədaqətlə xidmət edənin nüfüzü və hörməti cəmiyyət arasında yüksək qiymətləndirilir. Polisin xüsusi geyim formasında siz cəmiyyət arasında hansı diqqətə layiq olduğunuzu yəqin ki, hiss edirsiniz. Odur ki, polis adını yüksək tutmaqla bir növ VƏTƏNƏ sevginizi nümayiş etdirin. Hal-hazırda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov polis orqanlarında xidmət edən polislərimizi rühlandırmaqla əsl nazir olduğunu sübüt edir.

Dosye.org olaraq inanırıq ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bundan sonra polis haqqında yüksək fikirdən vaz keçməyəcək.

DOSYE.ORG

 

COMMENTS