Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” Türkiyə birinci liqasında növbəti matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Bolu təmsilçisi 21-ci turda səfərdə “Adana Dəmirspor”un qonağı olub.
Oyun “Boluspor”un məğlubiyyəti ilə başa çatıb. Vaqif Cavadov matçın 78-ci dəqiqəsində meydana çıxıb ki, bundan 4 dəqiqə sonra meydan sahibləri hesabı açıb – 1:0. Bu qol oyunda yeganə olub və “Boluspor” Adana səfərindən xalsız qayıdıb.
Qeyd edək ki, “Boluspor” 21 turdan sonra 27 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
COMMENTS