“Məşqçilər Komitəsinin məqsədi AFFA tərəfindən təşkil olunmuş bütün tədbirlərdə iştirak etməkdir. Bizim üçün hər cür şərait yaradılıb. İlk gündən bütün yaş qrupları üzrə komandalarımızla görüşlər keçirdik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov AFFA-nın Hesabat Konfransında deyib.
O bildirib ki, Məşqçilər Komitəsi Klublar Komitəsi ilə də iş qurmağa çalışır:
“Biz böyük bir layihə hazırlayıb AFFA-ya təqdim etmişik. Əsas istəyimiz odur ki, “Avro-2020” üçün layiqli bir komanda yaradaq. Azərbaycan futbolunun inkişafı üçün birlikdə çalışmalıyıq”.
COMMENTS