Vaşinqton Post Azərbaycandan nələri yazdı?

ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzeti Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda hərbi gərginliyin artması barədə dərc edib.

Dosye.az Axar.az-a istinadən xəbər verir ki, məqalədə diqqəti çəkən məqam Dağlıq Qarabağ və Qarabağətrafı rayonların 1994-cü ildə altı illik separatçı müharibənin nəticəsi olaraq erməni hərbçilərinin nəzarəti altına keçməsinin vurğulanmasıdır.

Materialda, həmçinin hər iki tərəfin itkiləri qeyd edilib və Minsk Qrupunun həmsədri olan Rusiyanın tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırdığı qeyd olunub.

COMMENTS