Vaşinqton İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi

Vaşinqton İŞİD liderlərinə görə 5 milyon dollar mükafat söz verdi

ABŞ Dövlət Departamenti İŞİD-in üç liderinin tutulmasına kömək edəcək məlumatlara görə 5 milyon dollara qədər mükafat təyin edib.

Virtualaz.org bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət Departamentinin Rewards for Justice (Ədalətə kömək üçün mükafat) proqramı, “İslam Dövləti”nin üç əsas liderinin: Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maul, Sami Casem Muhammad əl-Caburi və Muataz Nauman Abd Naef Casem əl-Caburinin tapılmasına kömək edə biləcək məlumatlar üçün 5 milyon dollara qədər mükafat nəzərdə tutur”,-deyə məlumatda bildirilir.

Rewards for Justice proqramı 1984-cü ildən reallaşdırılır. Hazırda ABŞ Dövlət Departamenti 25 milyon dollarlıq ən böyük məbləği İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə və ya məhv edilməsinə kömək edəcək məlumat üçün ayırıb.

Vaşinqton, Pakistanda gizləndiyi ehtimal olunan Əl-Qaidə təşkilatının hazırkı lideri Ayman əl-Zavahirinin harada olduğu barədə məlumat verənlərə də eyni miqdarda mükafat söz verib.

DOSYE.ORG

COMMENTS