Velosiped seks həyatını yaxşılaşdırır

Velosiped sürənlərin iştirakı ilə çox maraqlı bir araşdırma aparılıb.

Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, velosiped sürənlər digər nəqliyyat vasitələrindən istifadə edənlərdən fərqli olaraq daha xoşbəxt və işdə daha məhsuldar olurlar.

Araşdırmaya qatılanların 89 %-i işdən evə velosipedlə gəldiklərində bütün iş yorğunluğunu unutduqlarını, 66 % isə velosiped sürməyin onların sevgi münasibətinin inkişafında faydalı olduğunu deyiblər. İştirakçılar işdəki məhsuldarlığın artmasını velosipedə borclu bilirlər.

İştirakçıların 39 %-i velosiped sürməyin axşam yataqda fəal olmaq üçün onlara əlavə enerji verdiyini deyir.

Onu da qeyd edək ki, velosiped daha az stressli olmağa və yeni ideyalar düşünməyə kömək edir.

COMMENTS