Venesuela prezidenti Nikolas Maduro Braziliya prezidentini Hitlerə bənzədib

Venesuela prezidenti Nikolas Maduro Braziliya prezidentini Hitlerə bənzədib

Venesuela prezidenti Nikolas Maduro Braziliya prezidenti Jair Bolsonarunu “bizim dövrün Hitleri” adlandırıb.

Dosye.org  RİA “Novosti”yə istinadən xəbər verir ki, belə ittihamla o, ölkənin Milli Müəssislər Məclisində çıxış edib.

“Braziliya faşistin əlindədir. Bolsonaru – bu şəxs bizim dövrün Hitleridir. Bu belədir. Onun cəsarəti, şəxsi qərarı yoxdur. O, sektaların marionetidir, Bolsonaru sektadan gəlmədir”, – deyə Venesuelanın dövlət başçısı bildirib.

Xatırladaq ki, daha əvvəl Venesuela prezidenti Kolumbiyanın dövlət başçısı İvan Dukeni də “mələk üzlü şeytan” adlandırıb.

Dosye.org

COMMENTS