Venesuela XİN ABŞ-ı bu ölkədə çevriliş cəhdində ittiham edib

Venesuelanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ hökuməti bu ölkədə dövlət çevrilişini təşkil etməyə çalışıb.

Dosye.org  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

“Venesuela hökuməti beynəlxalq ictimaiyyətə ABŞ-ın prezident Nikolas Maduronun qanuni və demokratik hökumətinə qarşı daha bir dövlət çevrilişini təşkil etməsi cəhdi haqqında bildirir”, – deyə hökumətin bəyanatında qeyd edilir.

Xarici siyasət idarəsindən bildiriblər ki, ABŞ bu ölkədə demokratik institutlar və digər təşkilatlar vasitəsilə dövlət çevrilişi təşkil etməyə çalışıb.

Venesuela XIN-dən həmçinin qeyd edilib ki, Amerika tərəfi ona tabe olan regionun hökumətlərinə Venesuela xalqına qarşı blokadanın genişləndirilməsi göstərişlərini verir.

Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Latın Amerikasının digər dövlətlərinə qarşı təzyiq və şantajdan istifadə yolu ilə Karakasın daxili işlərinə qarışmaqda ittiham edib.

Dosye.org

COMMENTS