Veterandan çağırış: “Sayt naminə yox, Vətən naminə işləyin”

“Sosial şəbəkələrdə də, hətta bunların insanların etimad etdiyi bir çox saytlarda da elə şəkillər paylaşır, elə məlumatlar yerləşdirirlər ki, erməniləri karına gəlir”.

 

Bunu Moden.az-a Qarabağ Azadlıq Təşkilatı Ali Məclisnin üzvü, Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy deyib. “Xüsusilə facebook-da kimin ağlına nə gəlir onu da yazır. Biri yazır ki, kəndimizə 4 tank gəlib, onlar filan-filan nöqtələrdə yerləşdirilib. Yaxud da dünən bir aparıcı saytın jurnalisti gedib oturub cəbhə bölgəsində manşet qoyub ki, “artilleriyamız Ermənistanın ön xəttdəki hərbi hissələrinə tuşlanıb” silahların növünə qədər yazıblar. Tutaq ki, müxbir “çaşıb”, bəs sayt rəhbəri hara baxır?!”

V. Əlisoyun sözlərinə görə, bir çox Qarabağ veteranı ilə birlikdə gecədən bəri facebook səhifələrində “təmizlik işləri” aparıblar. “Bir qisim xəbərlər dezinformasiyadır. Bəzi şeylər var ki, onu yazmaq olmaz, hərbi sirrdir. İnsanlar bunun fərqində deyil. Dünəndən hamı yazır ki, iki kənd almışıq. İki kənd almaq oyuncaq almaq deyil. Burada rəsmi mövqe olmalıdır. Rəsmi mövqeyi olmayan xəbərlər isə dezinformasidan başqa bir şey deyil. Xüsusilə cəbhə bölgəsində olan jurnalistləri diqqətli olmağa çağırıram. Hər gördüyünüzü yazmayın. Sayt naminə yox vətən naminə işləyin! Kəşfiyyat məlumatlarını yaymaq olmaz. Biz bu məsələlərdə çox axsayırıq”.

COMMENTS