Veysəloğlu Şirkətlər Qrupunun departament rəisindən seçicilərə yalan vədlər

Veysəloğlu Şirkətlər Qrupunun departament rəisindən seçicilərə yalan vədlər

91 saylı Ucar seçki dairəsində vəziyyət qeyri-müəyyən olaraq qalır.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veysəloğlu Şirkətlər Qrupunun departament rəisi Əbil Məmmədov sözügedən dairədən namizədliyini irəli sürüb. Belə ki, seçicilərlə görüşu zamanı Ə. Məmmədovun çıxışı xüsüsi ilə diqqət çəkən məqamlardan olduğu bildirilir. Veysəloğlu Şirkətlər Qrupununda kifayət qədər işlər vəd verən Ə. Məmmədov qarşı tərəfin təpkisi ilə üzləşib.

Mənbə iddia edir ki, həmən dairədən parlamentdə təmsil olunan deputat bu günə kimi heç bir sakinlə görüşməyib, əksinə qəbula gedənlərin heç birinin problemini dinləməyib. Elə bu səbəbdən seçicilər Veysəloğlu Şirkətlər Qrupunun departament rəisi Əbil Məmmədovun verdiyi vədləri qeyri-ciddi hesab edirlər. Vəziyyətin gərginliyini nəzərə alan Ə. Məmmədov digər “piryomdan”, yəni ərzaqla seçiciləri əla almağa çalışır.

Bütün bunlar bir daha sübüt edir ki, bəzi namizədlər seçicilərə iş və digər vədlər verməklə özlərini bir növ ifşa etmişdir. 91 saylı Ucar seçki dairəsindən iddialı namizəd Əbil Məmmədovun addımı təbii ki, bir inam və etibar qazanmaqdır. Əgər doğrudanda Veysəloğlu Şirkətlər Qrupunda vakansiya yeri varsa, nə üçün işçi qəbul olunmur?

Deməli məqsəd seçicilərin etibarını qazanmaq və bununlada özünü parlament seckilərində qalib elan etməkdir. Əslində, seçicilər illər ərzində verilmiş yalan vədlərə inanmır və eyni zaman da öz layiqli namizədlərinə səs verəcəkdir.

Araşdırmalarımız davam edir.

DOSYE.ORG

COMMENTS