Deputat Rəfael Hüseynovun hələlik namizədliyi rəsmiləşən iki rəqibi var.
Axar.az-ın verdiyi xəbərə görə, VHP-dən millət vəkili olan R.Hüseynov 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən növbəti dəfə namizəddir.
Bu parlament seçkilərində Rüfət Cəfərli və Elnur Əmiraslanov onunla mübarizə aparacaq. R.Cəfərli Bakı Dövlət Universitetində müəllim işləyir. E.Əmiraslanov isə Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiridir. Hər iki namizədin deputatla müqayisədə yüksək görünmür. Seçkilər noyabrın 1-də keçiriləcək.
COMMENTS