Vidadi Zeynalov və Akif Əsgərov qarşıdurması

Vidadi Zeynalov Akif Əsgərovu «Aztelekom»un başına gətirmək üçün çalışıb. Beləki, Sumqayıt Telekommunikasiya Qovşağının rəhbəri Akif Əsgərovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov arasında qalmaqal baş verib. Verilən məlumata görə, qalmaqala səbəb qovşaq rəisinin «Aztelekom»a rəşbəri gətirilməsi üçün nəzərdə tutulmuş planın həyata keçməməsi olub.

Məlumatda deyilir ki, hələ bir il əvvəl Akif Əsgərova vəd verilib ki, tezliklə onu «Aztelekom»a rəhbər gətirəcəklər. Bu işi həyata keçirən isə apartın rəhbəri Vidadi Zeynalov olmalıymış. Sumqayıt Telekommunikasiya Qovşağının rəisi ilə yaxın münasibətləri olan, habelə onu qoruyan Zeynalovun bunun müqabilində qarşı tərəfdən külli miqdarda pul aldığı da güman olunur. Hətta bununla bağlı konkret rəqəmdən də bəhs olunur. Belə ki, Zeynalovun bui şi 350 min manata yoluna qoyacağı deyilir.

Deyilənlərə görə, nazirliyin aparat rəhbəri verdiyi sözün üzərində durmayıb və bu da narazılığa səbəb olub. İddai edilir ki, Akif Əsgərov Vidadi Zeynalovdan ya vəzifə başına keçirilməsini, ya da pullarının geri qaytarılmasını tələb edir. Əks təqdirdə, məsələni mətbuata çıxaracağını deyib. Daxil olan məlumatda vurğulanır ki, məsələni belə görən Vidadi Zeynalov isə Akif Əsərovu işdən çıxarmaq üçün artıq nazirliyin rəhbərliyi ilə danışıb. Və razılıq əldə edib. Deyilənlərə görə, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi yaxın vaxtlarda işdən çıxarılacaq.
jam.az

COMMENTS