“Viktoriya” – “Qarabağ” oyununu göstərəcək kanallar

“Viktoriya” – “Qarabağ” oyununu göstərəcək kanallar

Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” (Çexiya) – “Qarabağ” cavab matçı Azərbaycan və Rusiya kanalları vasitəsi ilə açıq yayımda olacaq.

Qol.az xəbər verir ki, azarkeşlər görüşü Azərbaycanın “CBC Sport” və Rusiyanın “Matç! Futbol1” kanalı vasitəsi ilə canlı izləyə bilərlər.

Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

COMMENTS