Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi

Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Dosye.org xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub.
Xəbəri Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.
DOSYE.ORG

COMMENTS