Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzaladı

Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzaladı

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

Dosye.org xəbər verir ki, nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb. /Qafqazinfo

DOSYE.ORG

COMMENTS