VİRTUAL SEVGİ…

Bir gün işə tələsirdim, yolu keçmək istəyirdim, yolun qarşısında bir xanımla üz-üzə gəldim, ala gözləri, dümağ üzü var idi. Bir anlığa xanımın gözəlliyi məni heyran etdi, bütün yol boyu bu xanımı düşünürdüm… 

 

İş bitmişdi, evə qayıdırdım, səhər gördüyüm xanımı yenidən görmək üçün, eyni yolu gəlirdim. Hava qaralmışdı, dumanlıydı, narın-narın yağış yağırdı, küçəmizin döngəsinə yaxınlaşırdım, həmin xanımla yenə qarşılaşdım, gözü-gözümün içinə baxırdı. Çox həyacanlı idim, bu qızı bir qədərdən sonra tanıdım.
Hərbi xidmətdən yeni dönmüşdüm, iş tapıb işləmək istəyirdim, hər gün doslarıma mənə iş tapmaqlarını söyləyirdim, boş vaxtlarımda özümdə iş axtarırdım. Bir gün yaz ayı idi, evə dönürdüm, küçəmizin döngəsi dar idi, bu qızla o, küçədə ilk dəfə üz-üzə, göz-gözə gəlmişdik. Bu xanıma sevgim o küçədən başladı, arxasınca düşdüm. Bir neçə gündən sonra onu sevdiyimi bildirdim. İkimiz də bir-birimizi dəlilər kimi sevdik, o tələbə idi, hər səhər onunla ali məktəbə gedib, ali məktəbdən ikimiz də geri qayıdardıq, sanki mən də tələbə idim. Bu dünyanın yükünü birlikdə çəkirdik, görüşürdük, gəzirdik, əylənirdik. Gözlərini zilləyirdi gözlərimə, xəyallardan danışırdıq. Özümüzü təsvir edib bir ailənin arasında, qayğı çəkib hiss edərdik, xəyal edib danışardıq, həm kövrəlib, həm gülərdik, bax beləcə sevişərdik. Universitetin qarşısında gözləyərdim, məni görüb bir anlığa gülüş qonardı yanağına, dolaşardıq küçələri, üz tutardıq bulvara biz, baxardıq dənizə, xəyal edib danışardıq körpəmizdən, narın yağış altında biz bir qocalıb, bir ölərik, bir gün bura körpəmizlə gələcəyik.
Ali məktəbi bitirdikdən sonra yenə görüşüb zəngləşib, danışırdıq. Gecələr zəng edərdim, pıçıldaşıb xısın-xısın danışardıq, səhərin açılmasını səbirsizliklə gözləyərdik. Çox gözəl idi, cazibədar idi, amma bu gözəlliyi, cazibədarlığı sevən görə bilərdi, ətirlənib görüşümə gələrdi, mənə yaxınlaşana kimi, onun gözlərinə baxardım, soruşsaydım ki, xoşbəxtsən, astaca hə-deyib, gülümsünərdi.
Aprel ayı idi, telefonum zəng çaldı, bildim ki, odur, telefonun dəstəyini götürdüm.
-Salam Turan…
-Salam Roza… Sənə sözüm var?
-Buyur de!
-Mən səndən ayrılıram…
-Səbəbini de?
-Ailəm razı deyil səninlə ailə qurmağıma…Telefonun dəstəyini yerə qoydu!
Unuda bilmirdim bu sevgini.
Hər gün xatırlayırdım.
Küçəmizin döngəsində ROZA olurdu, ayaqında mənim evim…
Hərdən rastlaşardıq, baxışardıq…
Gizli ona zəng edərdim səsini eşitmək üçün…
İşə səhər gedəndə, pəncərələrinə boylanardım…
Pəncərənin arxasından mənə gizlicə baxmağını xatırlayırdım…
Bu sevgim, xəyal kimi, sanki bu sevgini yaşamamışıq…
10 il sonra.
Qarşılaşmışdım səhər işə gedən də, üz-üzə gəldiyim qız… Xatırladım bax bu qızı, həmin qızdır daha gözəlləşib, sanki mələk, bir güzgüdür, yuxularımda gördüyüm, sevişdiyim, ehtiraslı bir səsindən ötrü darıxdığım Roza idi. Təsadüfü rastlaşdım qayıdanda, axşam çağı, narın-narın yağan yağış, göz yaşıymış sevgimizin, dar küçənin döngəsində, tanış gəldi həmin baxış, itirmişdi özün küçə, boşalmışdı, yox olmuşdu. Bir anlığa ötənləri xatırladıq, biz danışdıq ötənlərdən, sanki heç nə olmamışdır. Xəyalımda onun səsini eşidəndə gözlərimə sevinc, bədənimə hərarət gəlirdi. Qarşılaşdığımız küçəmizin döngəsində sevinirdi özü də, ürəyi döyünürdü, nə isə demək istəyirdi, qorxurdu. Bir qədər danışdıqdan sonra qərara gəldik, sabah görüşək. Sabahın açılmasını səbirsizliklə gözləyirdim, görüş vaxtımızı 12-də idi. Səhərə yaxın idi, yatağımdan durdum, görüşə getməyə hazırlaşırdım. Sanki yeni dünyaya gələn insan kimi heç bir dərdim yox idi, çox həyacanlı idim.
Saat 11-45 göstərirdi.
Telefonum zeng etdi, dəstəyi götürdüm:
-Salam Turan, Rozadır… Gözləyirəm səni…Yadından çıxmayıb, görüşməliyik 12- də.
-Yox çıxmayıb, 12- də gələcəm.
Evimizdən çıxıb görüşə gedirdim, nədənisə Roza fikirini dəyişmişdi, məni evlərinə çağırdı. Bu çağırış ürəyimin səsi idi, evlərinə yaxınlaşdım, qapını döydüm, qapının səsi ilə ürəyimin səsi eyni döyünürdü, astaca ehtiraslı səsi ilə, kimdir gələn?
– Mənəm, Turan.
Qapını açıdı, inanmırdım sanki yuxuda idim, bəzənmişdi, ətirliydi:
– Xoş gəlibsən, buyur içəri…
Heç bir söz demədən evə daxil oldum, mənə çay süzdü, söhbət etdik ötənlərdən. Bir qədərdən sonra, Roza yataq otağına keçdi, nədənsə bu görüşü yuxu kimi düşünürdüm. Yataq otağına bir neçə dəqiqə olardı keçməsi, ondan heçbir xəbər yox idi. Mən Rozanın arxasınca yataq otağına keçdim. Roza ağ gəlinlik geyinmişdir. Çox həyacanlı idim, bu günü xəyalıma gətirirdim, inanmırdım bu xəyal həqiqətə çevrilər.
Onunda, titrəyirdi ürəyi. Sanki yaşadığı bu ehtiras hissləri, həmişə arzuladğı bir dünyaya aparmışdı Rozanı. Hiss edirdim ki, o da mənim kimi, ayrılığın acılarını yaşayıbdır.. Sanki bu görüş, bu ehtiras, bizi gələcək körpələmizin, əllərindən tutmağa nail oldu. Bu gün Roza ana bətnində körpəsini daşıyır.
Aylar keçir Rozanın Fatimə adında bir qızı dünyaya göz açır.
İki il sonra…
Arzu edikləri xoşbəxt bir ailə kimi yaşayan iki gəncin çox keçmir ki, acılı -ağrılı günləri yenidən başlayır. Amansız xəstəliyə tutulan Roza bir neçə aydan sonra yataq xəstəliyinə düçar olur. Bu xəstəlik onu körpəsindən ayırır, Fatimə iki yaşında körpələr evinə verilir. Rozanın xəstəliyi onu Türkiyə İstanbul xəstəxanasına gətirib çıxardır. Aylar ötür, Rozadan heç bir xəbər olmur. Körpələr evindən Türkiyə İstanbul xəstəxanasına sorğu göndərilir, xəstəxanadan sorğuya cavab olaraq bidirilir ki, Roza amansız xəstəlikdən dünyasını dəyişib.
Bu xəbərdən sonra Fatimə körpələr evindən övladlığa verilir. Fatiməni övladlığa götürən ailə onun adını dəyişib Dərya qoyur .
Dəryanı övladlığa götürən ailə onu böyüdüb həddi-buluğa çatdırır. İllər ötür, Dərya Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Çox keçmir ki, onu övladlığa götürən ailə də yol qəzasında dünyasını dəyişir. Dərya hər iki valideyinini itirir.
İllər bir-birini əvəz edir, Türkiyə xəstəxanasından gələn məktubun yalnış olduğu bilinir, Fatiməni körpələr evinə qoyan anası sağalaraq geri dönür. Bu dönüş onun üzünü güldürmür, körpələr evindən Fatiməni övladlığa verilməsi bildirilir.
Bir neçə il sonra.
Uşaq çağlarında Fatiməni körpələr evinə qoyan anası tanınmış müğənni olur. İllər keçəndən sonra Fatimənin anası Roza Zərgərli körpələr evi tikdirir, körpələr evinin adını “FATİMƏ” körpələr evi qoyur.
Bir neçə ildən sonra Fatimə Universiteti bitirir, “FATİMƏ” körpələr evində tərbiyəçi-müəllim olaraq çalışır. O bilmir ki,körpələr evini onun anası tikdirib.İllər ötür Fatimənin anası tanınmış müğənni Roza Zərgərli öz solo konsertini verir, bu konsertə körpələr evini xüsusi dəvət edir. Konsertin ilk başlanğıcında onun həyat yoluna nəzər salınır, Fatimə görür ki, öz uşaqlıq şəkili bu həyat yolunda görünür, o, bilir ki, Roza Zərgərli onun anasıdır. Bu konset Fatimənin adı ilə bağlı olur. Konsertin sonunda Fatimə çıxış edir, o bildirir ki, Roza Zərgərli onun doğma anasıdır, bu an zala bir anlığa səsizlik çökür. Roza onu bağrına basaraq göz yaşlarını saxlaya bilmir.
SON
Unutmayaq ki, ayrılıq nə vaxtsa qovuşur ya bu dünyada, ya axirətdə. Bilin ki, kimdənsə ayrılırsınzsa, onu yuxuda da olanda xatırlayırsınız. Bu gün reallaşan yuxular da olur. Mən bu yazını tanınmış müğənniyə həsr etmişdim. Bu ömür yolunu yox, ona sadiqli-sədaqətli bir ömür yolu arzulayıram!

Azər Allahverdiyev

COMMENTS