Virus qurbanlarının sayı 15-ə çatdı

Cənubi Koreyada MERS virusu qurbanlarının sayı bazar günü 15-ə çatıb.

Yaxın Şərq respirator sindrom (MERS) virusundan sonuncu ölüm halı Cənubi Koreyanın Pusan şəhərində qeydə alınıb.

Məlumata görə, virusa yoluxma hadisəsi paytaxt Seulun “Samsunq” tibbi mərkəzində qeydə alınıb.

Bu mərkəz Cənubi Koreyada virusun yayılma episentri sayılır.

Həmin xəstəxanada ümumilikdə 70 nəfər MERS virusuna yoluxub.

Bazar günü Cənubi Koreya Səhiyyə Nazirliyi əlavə daha 7 yoluxma hadisəsinin baş verdiyini açıqlayıb.

Nəticədə Cənubi Koreyada MERS virusuna yoluxanların ümumi sayı 145-ə çatıb. (qafqazinfo)

COMMENTS