Virusa yoluxma niyə artır?

Virusa yoluxma niyə artır?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son bəyanatında vurğulanır ki, Avropada son 5 həftə ərzində yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının çoxalmasına, məhdudiyyət tədbirlərinin ləğv etmələri ilə virusun yoluxma sürətinin daha çox artacağına diqqət çəkirlər.

Yenixeber.org: ÜST rəsmiləri tərəfindən verilən açıqlamalarda artımın əsas səbəbi kimi “Covid-19”-un “Omicron” variantının alt qruplarıdan BA.4 və BA.5-in Avropaya təsir edərək sürətlə yayılması göstərilir.

Açıqlamalarda Avropa ölkələrinin test və genom sıralama imkanlarının azalmasının da hadisələrin artmasına təkan verdiyinə diqqət çəkilib.

Bunun ölkələrdə real vəziyyətin yoluxma sayının bilinməsinə və təmasların izlənilməsinə mane olduğu vurğulanıb.

Virusun davamlı təkamülü nəticəsində peyvəndin effektivliyinin azalması isə önəmli səbəblər arasında göstərilib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) rəsmiləri “bir aydan çoxdur davam edən artımın region ölkələr üçün geniş miqyaslı “Covid-19” dalğasının başlanğıcı” olacağını proqnozlaşdırırlar.

DOSYE.ORG

COMMENTS