Bakıda Rusiya şou-biznesinin ulduzunun şərəfinə şam yeməyi verilib.
Azərbaycanın paytaxtı Bakıda keçirilən birinci Avropa Oyunlarını izləməyə gələn dünya şöhrətli məşhurlar arasında rusiyalı balerina Anastasiya Voloçkova da var.
ANS PRESS-in məlumatına görə, Rusiya şou-biznesinin ulduzu paytaxtımıza səfəri barədə öz İnstaqram səhifəsində yazıb.
Bakıda çəkilmiş fotolarını paylaşan balerina, buraya təmamilə təsadüfən gəldiyini bildirib. O, şərəfinə düzənlənən şam yeməyindən də yazıb:
“Məni Bakıda, inanılmaz gözəl bir yerə dəvət ediblər. Və mənim şərəfimə şam yeməyi… Həyat xoş sürprizlərlə doludur…”
COMMENTS