Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 65 nəfərin öldüyü bildirilirdi.
Hazırda ölənlərdən 17-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həyatlarını itirənlərin əksəriyyəti Eskuintla departamentinin sakinləridir – 54 nəfər.
Təbii fəlakət nəticəsində 46 nəfər xəsarət alıb, azı 3 min insan təxliyə edilib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.
Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.
Dosye.org
COMMENTS