“Vulkan”da öldürülən qadınla bağlı YENİ MƏLUMAT

“Vulkan”da öldürülən qadınla bağlı YENİ MƏLUMAT

Daxili İşlər Nazirliyi 4 gün əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu – Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, hadisə ilə bağlı verilən ilkin məlumatda A.Şükürovanın qətlə yetirildiyi qeyd olunsa da, sonradan Binəqədi rayon Prokurorluğu qadının intihar etdiyini bildirmişdi.

Faktla bağlı başlanmış cinayət işinin istintaq davam etdirilir.

Qətlin səbəbi açıqlanmır.

COMMENTS