Vüqar Nadirov “Xəzər Lənkəran”a keçir

Vüqar Nadirov “Xəzər Lənkəran”a keçir

“Qarabağ”dan ayrılan Vüqar Nadirov “Xəzər Lənkəran”da oynaya bilər.

Təcrübəli hücumçu Qol.Az-a açıqlamasında bildirib ki, “Xəzər Lənkəran”a keçməyə yaxındır. O, “Xəzər Lənkəran”la danışıqlar apardığını və bir çox məsələdə razılığa gəldiyini söyləyib.

“Sabah hər şey dəqiqləşəcək” – deyə o qeyd edib.

Xatırladaq ki, 28 yaşlı futbolçu 2005-2007-ci illərdə də cənub təmsilçisində çıxış edib.

COMMENTS