Top.Mail.Ru

Vurulmuş təyyarəyə görə 5 ölkə İrandan kompensasiya tələb edir

Vurulmuş təyyarəyə görə 5 ölkə İrandan kompensasiya tələb edir

Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər.

Bu barədə Kanadanın Xarici İşlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib.

“İran kompensasiya ödəməlidir”, – deyə o bəyan edib.

Qeyd olunan beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb.

AzərTAc xatırladır ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

DOSYE.ORG

COMMENTS