Vüsal 56 dəqiqə oynadı, Ndlovu qol vurdu

Vüsal 56 dəqiqə oynadı, Ndlovu qol vurdu

Türkiyə 1-ci liqasında 9-cu turun oyunları davam edir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi “Keçiörengücü” doğma meydanda “Kocaelispor”la qarşılaşıb. 25 yaşlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Matçda yeganə qolu “Kocaelispor”da çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu 81-ci dəqiqədə penaltidən vurub.

Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Keçiörengücü” turnir cədvəlində 4 xalla sonuncu – 19-cu pillədədir.

DOSYE.ORG

COMMENTS