Top.Mail.Ru

Xəbərdarlıq edildi – Hava şəraiti kəskin dəyişəcək

Xəbərdarlıq edildi – Hava şəraiti kəskin dəyişəcək

Ölkə ərazisində hava şəratinin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

DOSYE.ORG

COMMENTS