Hucumçu aхtarışında olan “Xəzər Lənkəran” istədiyi oyunçunu tapıb. Klubdan Fanat.az-a verilən məlumata görə, məşqçilər korpusu menecerlər tərəfindən təklif olunan futbolçular arasından LiImam Seydini seçib.
Hazırda Fransa vətəndaşlığı daşıyan hücumçu ilə danışıqlar gedir. Tərəflər anlaşsa bilsə, Lilmam tezliklə “Xəzər Lənkəran”a qoşulacaq.
Qeyd edək ki, Seneqal əsilli LiImam Seydi Parisdə doğulub və Fransa vətəndaşıdı. 29 yaşlı forvard karyerası ərzində Fransanın “Mende”, Bəhreyninin “Bəhreyn”, İspaniyanın “Ribarroja”, Tunisin “Qabes”, Slovakiyanın “Bodva”, Macarıstanın “Diosqyor” və “Debretsen” klublarında çıхış edib. 2014/15 mövsümünə “Debretsen”də başlayan Seydi mövsümü bu ölkənin “Nireqihaza Spartakus” klubunda bitirib. O, bu iki komandada 25 oyun keçirib və 5 qol vurub.
COMMENTS