Top.Mail.Ru

“Xəzər Lənkəran” ermənilərin klubunu darmadağın etdi

“Xəzər Lənkəran” ermənilərin klubunu darmadağın etdi

Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” klubu “Master A” ilə matçda anlamlı addım atıb.

“Yeni Sabah” Axar.az-a istinadən  xəbər verir ki, komanda üzvləri meydana əllərində tutduqları “Карабах наш” (Qarabağ bizimdir!) şüarı ilə çıxıblar.

Buna səbəb rəqibin heyətində bir neçə erməni futbolçunun çıxış etməsidir.

Məlumata görə, “Xəzər Lənkəran Moskva” Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyunda yaşanan təxribata görə bu addımı atıb. Həmin matçda ermənilər qondarma “dqr”in “bayrağ”ını dronla meydançada qaldırmışdılar.

Qeyd edək ki, görüş “Xəzər Lənkəran Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.

DOSYE.ORG

COMMENTS