“Xəzər Lənkəran” “Kayserispor”la bərabərə qaldı

“Xəzər Lənkəran” “Kayserispor”la bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, Yunis Hüseynovun komandası “Kayserispor”la qarşılaşıb.

Superliqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” daha öncə keçirdiyi sınaq matçlarında “Niğdespor”a qalib gəlib (1:0), “Kasımpaşa”ya uduzub (0:2), “Antalya Kundu Spor”u 8:1 hesabı ilə məğlub edib.

21 iyul

Yoxlama oyunu

20:00. “Xəzər Lənkəran” – “Kayserispor” – 1:1
Qollar: Vüqar Nadirov, 19 (1:0), Samed Ali Kaya, 60 (1:1)

COMMENTS