Türkiyənin Kapadokya bölgəsində yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq.
Fanat.az xəbər verir ki, komanda məskunlaşdığı otelin məşq meydançasında Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. “Xəzər Lənkəran” üç gun sonra isə Super Liqa təmsilçisi ilə gücünü sınayacaq. Qardaş ölkənin əsas liqa təmsilçisi “Kasımpaşa” ilə matçda eyni məkanda baş tutacaq və ikinci Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.
COMMENTS