Xədicə İsmayılova: “Əcəb etmişəm əlimin içindən gəlib get ver məhkəməyə”

“Bayraqdar Elman Türkoğlu” AZADLIQ RADİOSUNUN azad söz danışmayan, “Jurnalisti” Xədicə İsmayılovanı, onun ləyaqət və şərəfinə toxunduğuna görə məhkəməyə vermişdir. Diqqətinizə çatdırım ki, X. İsmayılova Elman Türkoğlunu, Milli Təhlükəsizlik Nazirliyinin zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual oriyentasiyaya malik şəxslə cinsi əlaqədə olması barədə, Şəki sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etmişdir.

 

Elman Türkoğlu, onun şərəf və ləyaqətinə toxunduğuna və böhtan atdığına görə , Binəqədi Rayon məhkəməsinə müraciət etmişdir. 09 Oktyabr tarixində məhkəmə keçirilsədə, Xədicə İsmayılıova qarşı tərəfin suallarına cavab verməkdən imtina edib. Bu faktı Elman Türkoğlu təstiqləyib, müsahibəsində bildirmişdir ki, Öncə suallara cavab verməyən X. İsmayılova, Elman Türkoğlunun onun qarşısına qoyduğun həqiqətlərə söykənərək suallara cavab verib ki, mənə keçmiş milli təhlükəsizlik nazirliyinin işcisi Ramil Nağıyev sənədləri göndərib.

 

Ramil Nağıyevlə, Bayraqdar  Elman Türkoğlu əlaqə saxladıqdan sonar, Elman Türkoğluna bildirmişdi ki, bu sənədi mənə ilkdəfə 2011 ci ildə “AZADLIQ QƏZETİNİN” keçmiş baş redaktoru Qənimət Zahidov göndərmişdir, və mən Qənimət Zahidova etiraz etdim ki, bu sənəd və üstündəki möhür saxtadır. Buna baxmayaraq X, İsmayılova, Qənimət Zahidov, Natiq Adilov 2011 ci ildə həmin saxta sənədi internet saytlarında, və qəzetlərdə paylaşmışdır. 2011 ci ildə paylaşılan saxta sənədlərə Elman Türkoğlu məhkəməyə verəcəyini bildirəndəndən sonar, saxta sənədləri saytdan silsələrdə, çox təəssüblər olsun ki, bir neçə saytlarda qalıb.

 

2014 cü ilin fevral ayının 17-də gecə saat birin yarsında yenidən X.İsmayılova tərəfindən həmin saxta sənədlər, özünə məxsus olan facebook səhifəsində paylaşıb. Elman Türkoğlu Xədicə İsmayılovayla telefon əlaqəsi saxlasi zamanı bildirib ki, həmin yazını silin mənim şərəf və ləyaqətimə toxunusuz qarşılığında, Xədicə ismayılova bidirmişdir , “əcəb etmişəm əlimin içindən gəlib get ver məhkəməyə” deyə cavab verib.

 

Elman Türkoğlu verdiyi müsahibəsində bildirdiki, var gücümlə çalışacam Xədicə İsmayılova həbs olunsun! Heçbir tanınan simalardan mənə Xədicə İsmayılovanın xahişini etməsin onu bağışlamayacam. Elman Türkoğlu, Xədicə İsmayılovanın məhkəməsindən sonar Natiq Adilovu, və Əli Kərimovuda məhkəməyə verəcəyini bildirdi, çünki onlar bu saxta sənədin tərtib edilməsində bu şəxslərin əlləri var…

Azər Gəncə

COMMENTS