Xəstə beyin əməliyyatı zamanı dua oxudu

Xəstə beyin əməliyyatı zamanı dua oxudu

Hindistan sakini beyin şişi əməliyyatı zamanı dua oxuyub.

Bu barədə “The Daily Mail” nəşri yazıb. Bikaner şəhərindən olan Houlsmal Cangir tamamən danışıq qabiliyyətini itirəcəyindən qorxduğu üçün əməliyyatdan imtina edirdi. Caypure şəhərindəki xəstəxananın həkimləri kişini şüuru özündə ikən əməliyyat etməyə razılıq verdilər.

Bütün əməliyyat boyu hindli kişi dua oxuyub. Hanuman-çalisa duasının tərkibinə 40 şeir daxildir. Onu kişilik, mərdlik və cəsarət tələb edəndə oxuyurlar. Cangirin situasiyasında şiş beynin təhlükəli bölgəsində yerləşirdi. Həmin bölgə pasientin nitqinə cavabdeh idi. Bu baxımdan hətta kiçicik bir səhv belə onu danışıq qabiliyyətindən məhrum edə bilərdi. Əməliyyat uğurlu keçdi. 72 saat sonra pasient xəstəxanadan evə yazıldı və normal həyatına qayıtdı.

Dosye.org

COMMENTS