Xəstəxanada bıçaqlanma baş verdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 9 saylı Ağ ciyər və vərəm Dispanserinin həyətində, orada müalicə alanlardan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Bəhramov münaqişə zəminində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Tahir Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Xəzər Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

COMMENTS