Xəstəxanalarda vəziyyət necədir? – Qapanma ola bilər AÇIQLAMA

Xəstəxanalarda vəziyyət necədir? – Qapanma ola bilər AÇIQLAMA

“Xəstələrin sayında proqressiv artım müşahidə olunarsa, indiyə kimi tətbiq olunan bütün qadağa növləri tətbiq oluna bilər. Buna misal olaraq SMS icazə sistemi və tam qapadılmanı göstərə bilərik”.
Bu sözləri “ARB24″ə açıqlamasında həkim İmran Mirizadə bildirib.
Onun sözlərinə görə, sərt karantinin tətbiq olunması xəstəxanaların qəbul edəcəyi xəstə sayından asılıdır:
“Əgər ölkə ərazisində xəstələr üçün nəzərdə tutulmuş rezerv yerlər tükənəcəksə, qadağalar tətbiq oluna bilər. Karantin rejimi ölkə iqtisadiyyatı və vətəndaşlarına ciddi təsir göstərir. Bu səbəbdən Operativ Qərargah vətəndaşları düşünərək bu addımları atır.
Koronavirusa yoluxmuş bütün xəstələr xəstəxana şəraitində müalicə almır. Təbii ki, bunların içində evlərdə müalicə alanlar da var. Xəstəxanada müalicə alan koronavirus xəstələri aktiv xəstələrin təqribən 30-40 faizini təşkil edir.
Hazırda ölkə ərazisindəki xəstəxanalarda kifayət qədər yer var. Lakin bu da müəyyən limit daxilindədir”.
Qeyd edək ki, Azərbaycanda COVID-19 virusuna yoluxmuş aktiv xəstələrin sayı 25 min 412 nəfərdir.

 

COMMENTS