Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! – Nazirə müraciə olundu

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! – Nazirə müraciə olundu

NUH.az informasiya Agentliyinin Baş redaktoru Kamran Məhərrəmli Ədliyyə naziri cənab Fərid Əhmədova müraciət edib. DOSYE.ORG həmin müraciəti olduğu kimi təqdim edir:

Cənab nazir!

Azərbaycan cəmiyyəti Sizi yüksək təhsilli, təcrübəli kadr , eyni zamanda ləyaqətli insan kimi tanıyır. Və cəmiyyətimiz ümid edir ki, Siz möhtərəm Prezidentimizin etimadını doğruldacaq, ədliyyə sistemindəki mövcud olan neqativ hallara son qoyacaqsınız.

Cənab nazir ! Ədliyyə sistemində ən böyük problemlərdən biri Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində baş verən qanunsuz əməllər və rüşvət hallarıdır.

Konkret olaraq Ədliyyə Nazirliyinin Xaçmaz rayon icra və probasiya şöbəsində baş verən qanunsuz əməllər barədə, daha dəqiq desək, şöbənin icra məmuru Vidadi Dadaşovun əməlləri barədə tədbir görməyinizi istəyirik.

Belə ki, icra məmuru Vidadi Dadaşovun qanunsuz əməlləri Ədliyyə Nazirliyi üçün ləkədir.

Vidadi Dadaşov heç bir əsas olmadan iş adamının ölkədən çıxışına qadağa qoyub. Vidadi Dadaşov unudur ki, cənab Prezidentimiz deyib: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.

Cənab nazir ! Vidadi Dadaşov iş adamının ölkədən çıxışına məhdudiyyət qoymaq üçün Xaçmaz rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə heç bir əsas olmadığı üçün onun müraciətini rədd etmişdir. Xaçmaz rayon məhkəməsinin haqlı qərarını Sumqayıt Apelyasiya Məhkəməsi qüvvədə saxlamışdır. Buna baxmayaraq Vidadi Dadaşov ikinci dəfə iş adamına məhdudiyyət qoymaq üçün müraciət etmişdir.

Vidadi Dadaşovun öz şəxsi marağı üçün etdiyi bu əməl məhkəmə-hüquq sistemini ələ salmaq kimidir.

Vidadi Dadaşova kim səlahiyyət verib ki, məhkəmə qərarlarına belə hörmətsiz yanaşsın ?

Vidadi Dadşovun ikinci müraciəti ilə bağlı aprelin 1-də Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafarlının sədrliyi ilə yenidən iş adamına məhdudiyyət qoyulması məsələsinə baxacaq.

Ümid edirik ki, hakim bir dəfə hüquqi veilmiş işə ikinci dəfə əks qərar çıxartmayacaq və Vidadi Dadaşov kimi icra məmurlarının məhkəmə-hüquq sistemini ələ salmasına yol verməyəcək.

Cənab nazir !

Məlumat üçün qeyd edək ki, Vidadi Dadaşov özünü tələbkarlardan birinin nümayəndəsi Sevil Hacıyevanın vəkili kimi aparır. Yuxarıda qeyd etdiyimiz kimi Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasının təqdimatı əsasında məhkəmə qərarı ilə vəkillik sistemindən qovulub, onun vəkil kimi fəaliyyətinə xitam verilib.

Onu da qeyd edək ki, Vidadi Dadaşov 27 noyabr 2023-cü il tarixdə akt tərtib edib ki, torpaq mütəxəssisi olmadan torpağın bölgüsü mümkün deyil.

Belə ki, tələbkar Sevil Hacıyeva mənşəyi bilinməyən MMC-nin rəyi əsasında torpağın bölünməsini tələb etdikdə icra məmuru Vidadi Dadaşov həmin sənədin hüquq müəyyənedici sənəd olmadığını və bu barədə Nizami rayon məhkəməsinin qərarı olduğunu əsas göstərərək prosesi təxirə salmışdır. Həmin gün Vidadi Dadaşov torpaq sahəsinin koordinatları ilə bağlı Sumqayıt Apelyasiya məhkəməsində mübahisə getdiyini və həmin məsələ bitənədək işi icra edə bilməyəcəyini qeyd etmişdir. ( Bununla bağlı video material da var ).

Sonradan, 31.01.2024 tarixdə dedikərinin tam əksinə olaraq ( bu barədə akt var ) mənşəyi bəlli olmayan MMC-nin sənədinə əsaslanıb, Apelyasiya Məhkıməsinin qərarını gözləmədən və ən əsası müvafiq dövlət orqanı mütəxəssisinin iştirakı olmadan özbaşına torpaq sahəsinin bölgüsünə cəhd etmişdir.

Cənab nazir !

Xaçmaz rayon icra şöbəsinin məmuru Vidadi Dadaşov öz şəxsi marağına görə, qısa müddətdə bir-birinə zidd olan qərarlar çıxardır, məhkəmə-hüquq sistemini sanki ələ salır.

Vidadi Dadaşov bütün qanunsuz əməllərini belə əsaslandırır: “ Bunlar İlqar Cəfərovun tapşırığıdır”.

Söhbət Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan gedir.

Cənab nazir!

Ümid edirik ki, Vidadi Ddaşov kimi öz şəxsi marağına görə Ədliyyə Nazirliyinin nüfuzunu aşağılayan məmurlar barəsində tədbir görəcəkssiniz.

COMMENTS