Xaçmazda 20 yaşlı oğlanın boğazı kəsildi – Qanlı olay

Xaçmazda 20 yaşlı oğlanın boğazı kəsildi – Qanlı olay

Xaçmaz rayonunda həmyerlisini bıçaqlamaqda ittiham olunan Əziz Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu il sentyabrın 8-də Xaçmazın Alı Mustafayev küçəsində baş verib.

Şəxsi münaqişə zəminində Xaçmaz sakini, 1996-cı il təvəllüdlü Əziz Bəşirov 20 yaşlı Nuraln Rzayevi boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Orada zərərçəkmişə tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əziz Bəşirovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

DOSYE.ORG

COMMENTS