Xaçmaz rayonunun Şollar kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Buta.ws-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
COMMENTS