Xaçmazda “Corolla” aşdı, ölən və yaralananlar var

Xaçmazda “Corolla” aşdı, ölən və yaralananlar var

Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.

DOSYE.ORG xəbər verir ki, hadisə Ləcət kəndi ərazisində baş verib. 41 yaşlı Həsənbəyov Tərlan Əlifxan oğlunun “Toyota Corolla” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü və sərnişinlər – 60 yaşlı Balacayeva Aynaxanım Arif qızı, 11 yaşlı Həsənbəyov Rəsul Tərlan oğlu və 63 yaşlı Balacayev Xanlar Abzər oğlu xəsarət alıblar. Sürücü T. Həsənbəyov klinikaya aparılarkən ambulansda keçinib.

Faktla bağlı cinayət işi açılıb.

COMMENTS