Xaçmazda oğrular iş başında tutuldu

Daxili İşlər Nazirliyinin rəsmi saytının verdiyi məlumata Xaçmazda avtomobil qaçıran rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova həbs ediliblər.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Təhmasib Müseyibova məxsus “VAZ-21214” markalı avtomobili qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 23-də Renat Əlievə məxsus “VAZ-21011” avtomobili qaçırmaları, habelə ona məxsus dövlət qeydiyyat nişanlarını Abşeron rayonunun Saray qəsəbəsi ərazisində atmaları müəyyən edilib və həmin avtomobilin üzərində tranzit nömrələri aşkar edilib.

 

Axar.az

COMMENTS