Xaçmazda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib

Xaçmazda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib

Yanvarın 4-də Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dosye.org ” xəbər verir ki, hadisə axşam saatlarında Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan 27-BX-591 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yolu keçən Qusarçay kənd sakini Xavər Cəfərovanı vurub. Yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dosye.org

COMMENTS