Xaçmazda zəncirvari qəza – 4 nəfər yaralandı

Xaçmazda zəncirvari qəza – 4 nəfər yaralandı

Aprelin 18-i səhər saatlarında Xaçmazda zəncirvari qəza baş verib.

DOSYE.ORG AzərTac-a istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində BMW, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS