“Xaliq Faiqoğlu” sərnişinlərini 1.5 saat çovğunda saxladı

“Xaliq Faiqoğlu” sərnişinlərini 1.5 saat çovğunda saxladı

Bakıda qarlı hava şəraiti ilə əlaqədar bir sıra avtobus xətlərində ciddi problemlər yaranıb. 

Ən çox problemlər Yeni Yasamal-İçəri şəhər metrosu istiqamətində hərəkət edən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 77 nömrəli müntəzəm avtobus marşrutunda və Yeni Yasamal – Parlament prospekti istiqamətində hərəkət edən avtobuslarda yaranıb.
Belə ki, bu gün səhər saat 6:00-dan 7:30-a kimi hər iki nömrəli avtobus fəaliyyətdə olmayıb. Nəticədə minlərlə sərnişin küçələrdə qalmalı olub.
Yollar qar və buzdan təmizlənsə də, sözügedən avtobusların xəttə buraxılmaması narazılıqlara səbəb olub.
Səhər saat 7:30-dan sonra hər iki xətt üzrə cəmi 4 avtobus istismara buraxılıb. (qaynarinfo.az)

COMMENTS