Xalq artistinin alqışlarla yadda qalan konserti – Fotolar

Beynəlxalq Muğam Mərkəzində xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqovun “Təəssürat” adlı konserti baş tutub.

Dosye.org verir ki, gecədə xalq artistini “Qaytağı” instrumental ansamblı müşayiət edib. Qarmon ifaçısı “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Vals papuri”, “Təəssürat”, “Nueva”, “Uzundərə”, “Şalaxo”, “Lay-lay”,  “Naxçıvan”, “Çahargah rapsodiyası” və başqa əsərləri səsləndirib. Xalq artistinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sənətkarı dinləməyə Xuraman, Fidan bacıları, Faiq Şücəddinov, Bəhram Bağırzadə, Murad Dadaşov, Eyyub Yaqubov, Tahir İmanov və başqaları gəlib.

Dosye.org

COMMENTS