Xalq şairi Söhrab Tahir vəfat edib.
Dosye.org xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl şəkər xəstəliyindən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.
Qeyd edək ki, Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Dosye.org
COMMENTS