Xama Billiat “Qarabağ”la razılaşmadı

Xama Billiat “Qarabağ”la razılaşmadı

Cənubi Afrika Respublikasının (CAR) “Mamelodi Sandaunz” klubunun futbolçusu Xama Billiatın “Qarabağ”a keçidi alınmayıb.

Qol.az-ın məlumatına görə, bu barədə “Soccer Laduma” saytı xəbər yayıb.

Bildirilir ki, Ağdam klubu zimbabveli hücumçu üçün ilkin müqavilə təklif etsə də, danışıqlar uğursuzluqla nəticələnib.

Klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq Billiatın hazırda digər variantları nəzərdən keçirdiyi qeyd olunub.

Daha öncə CAR mətbuatı 27 yaşlı forvardın mövsümün sonunda azad agent statusu ilə “Qarabağ”a keçəcəyini yazmışdı.

Dosye.org

COMMENTS