Xanım icra başçısı İradə Gülməmmədovanın dövlətə və prezidentə sədaqəti danılmazdır

Xanım icra başçısı İradə Gülməmmədovanın dövlətə və prezidentə sədaqəti danılmazdır

Dünyanı lərzəyə gətirən koronavirus (COVID-19) infeksiyası ölkəmizdən də yan keçməmişdir.

Sərt karantin rejiminin tədbiqi və digər qabağlayıcı tədbirlər bir daha sübüt etdi ki, bu mübarizədən ölkəmiz az itkilərlə qurtulacaq. Əlbətdə ki, ölkə başçısı cənab İlham Əliyevin zamanında verdiyi tapşırıqlar və Operativ Qərərgahın üzərinə düşən vacib məsələlər olduqca insanların həyatı üçün ən vacib işlərdən idi.

Təbii ki, koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə rayon rəhbərlərinin də xidmətləri danılmazdır. Məhz Abşeron RİH başçısı İradə Gülməmmədovanın rayon sakinləri ilə apardığı təbliğat olduqca qürurverici idi. Rayon sakinlərinə yardımların verilməsində və sosial problemlərinin həlli istiqamətində səylə çalışan icra başçısı öz bacarığı ilə belə bir ağır dönəmdə bütün çətinliklərə sinə gəlməyi bacardı.

Xanım icra başçısı rayonun qəsəbə və kəndlərinə gedərək sakinlərin güzəranı ilə yaxından maraqlanır, tezliklə bu bəladan qurtulacağımızı vurğulayır. Onu da nəzərinizə çatdıraq ki, Abşeron RİH başçısı İradə Gülməmmədova yeganə icra başçısıdır ki, cənab İlham Əliyevin çağırışından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Abşeron rayon şöbəsinə təşrif buyuraraq adını könüllülər siyahısına daxil etmişdir. Hətta övladı Məhəmməd Gülməmmədovu da vətən uğrunda qurban verməyə hazır olduğunu sübüt etdi.

Təəsüflər olsun ki, dövlətə sədaqətlə xidmət edən bir şəxs haqqında bəzi saytlar hədyan məqalələr yazır və onu sosial şəbəkədə nümayiş etdirirlər. Anlamaq lazımdır ki, istər dövlətimiz, istərsədə xalq ağı qaradan seçməyi bacarır. Belə bir ağır dönəmdə hər birimiz əl-bir olmalı və qətiyyətlə mübarizə aparmalıyıq. Belə olan halda bütün çətinlikləri arxada qoyub, normal həyata qayıdacayıq.

DOSYE.ORG

COMMENTS