Top.Mail.Ru

Xankəndi yaxınlığında yenə atışma oldu…

Xankəndi yaxınlığında yenə atışma oldu…

Gecə saatlarında Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilib.

Bu barədə  “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atəş səslərinin eşidilməsi davam edir. Növbəti atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib.
Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.
Xatırladaq ki, dünən də Xankəndidə atışma səsləri eşidilib. Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb.

COMMENTS